Müxalifət partiyası Baş nazirin istefasını tələb edir

  • By admin
  • 10 Mart 2018 17:25

Yaponiyanın müxalifət partiyası baş nazir Sindzo Abe olmaqla hökumətin istefasını tələb edib.

Gununsesi.info xəbər verir ki, bu, Maliyyə Nazirliyi və Baş Vergi İdarəsinin adının sənəd saxtalaşdırılmasında hallanması ilə əlaqədardır.

Qeyd edək ki, istefa tələbini Yaponiya Kommunist Partiyası şənbə günü səsləndirib.

Hazırda Yaponiya Ədliyyə Nazirliyi sənədlərin saxtalaşdırılması faktının olub-olmadığını araşdırmaq üçün daxili yoxlamalara başlayıb.

Yaponiya Kommunist Partiyasının baş katibi Akira Koike bildirib: “Əgər sənəd saxtalaşdırılması xəbərinin doğru olduğu aşkarlanarsa, Abe hökuməti istefaya getməlidir”.

Gununsesi.info