Cənubi Koreyada ana müxalifət lideri Li Jae-Myunqa bıçaqla hücum edilib.
Gununsesi.info xəbər verir ki, o, ölkənin cənubunda Busana səfəri zamanı bıçaqla hücuma məruz qalıb.
Pusanda media mənsublarına müsahibə verərəkən hücum edən şəxs bıçaqla Lini boynunun sol nahiyəsindən bıçaqlayıb.
Demokratlar Partiyasının lideri Linin boyun nahiyəsindən bıçaqlandığı açıqlanarkən, siyasətçi helikopterlə sürətlə paytaxt Seula köçürülüb. Linin xəstəxanaya aparılarkən qan itirməsinə baxmayaraq huşunun yerində olduğu bildirilib.
Pusan Milli Universitet Xəstəxanasına aparılan Linin həyati təhlükəsinin olmadığı açıqlanıb.
Hücumun şahidi olanlar hücumçunun avtoqraf almaq üçün Liyə yaxınlaşdığını və partiya üzvü kimi davrandığını, lakin daha sonra 20-30 santimetr uzunluğunda bıçağı çıxararaq hücum etdiyini bildiriblər.
Bildirilib ki, şəxsiyyəti açıqlanmayan şəxs hadisə yerində yaxalanaraq nəzarətə götürülüb.
Beynəlxalq xəbər agentliklərinin paylaşdığı fotolarda 59 yaşlı Linin gözləri bağlı yerdə uzandığı və ətrafındakı insanların boynuna təzyiq edərək qan axını dayandırmağa çalışdığı görünür.
Gununsesi.info