Müxalifət Trampdan Rusiyaya qarşı daha sərt sanksiyalar qəbul etməsini tələb edir

Müxalifət Trampdan Rusiyaya qarşı daha sərt sanksiyalar qəbul etməsini tələb edir

ABŞ Konqresinin 140 demokrat konqresi  prezident Donald Trampa  ünvanladığı məktubda  Rusiyaya qarşıdaha sərt sanksiyaların tətbiq edilməsini tələb ediblər.
Gununsesi.info rian-ru-ya istinadən xəbər verir ki, demokrat konqresmenlərin Trampa ünvanladığı məktubda  deyilir: “Biz Sizə bu problemi həll etmək üçün  imkanlar yaratdıq. Əgər Siz yaradılmış bu təsir mexanizmlərindən istifadə edəcəksinizsə, o zaman biz də öz növbəmizdə əlavə və daha sərt formada qanunvericilik aktlarının qəbul edəcəyik”.
Rusiyaya qarşı yumşaq mövqe sərgilədiyinə görə Trampı ittiham edən konqresmenlər bildiriblər ki, o. Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları vaxtında icra etməyib. Demokratlar əlavə edib ki, əgər Tramp ABŞ-ın maraqlarını müdafiə etmək istəmirsə, o zaman konqresmenlər  bunu özləri etməli olacaqlar.
Qeyd edək ki, demokrat konqresmenlər CAATSA çərçivəsində Rusiyaya qarşı sanksiyalar  tətbiq edəcəyi nəzərdə tutulsa da, müddəti  hər dəfə uzadılır. ABŞ maliyyə naziriliyi  2018-ci ilin yanvarın 30-da Rusiyaya qarşı “Kreml siyahısı” adlı sanksiya sənədi  hazırlasa da,  bu sənəd hələ də qüvvəyə minməyib. Bu sənədə əsasən 210 nəfərə sanksiyanın şamil olunması nəzərdə tutulur.
Gununsesi.info

COMMENTS