Gürcüstan Daxili İşlər Nazirliyi müxalifətin təhrik edə biləcəyi zorakılığın qarşısını alıb.
Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Radikal müxalifətin zorakılıq resursunu zərərsizləşdirmək üçün Daxili İşlər Nazirliyinə düz beş gün vaxt lazım olub”– deyə Kobaxidze bildirib.
Kobaxidze əlavə edib ki, Daxili İşlər Nazirliyi Amerika və Avropa standartlarından daha yüksək standartlara uyğun fəaliyyət göstərir.
Gürcüstanın baş nazirinin qeyd etdiyi kimi, respublikada “Maydan” keçirmək cəhdinin qarşısı alınıb. O, həmçinin Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauriyə və polisə təşəkkür edib.
Günay