Müxalifətin mitinqinə icazə verildi

  • By admin
  • 28 Mart 2018 16:18

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb.

Gununsesi.info xəbər verir ki, BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov apa-ya bildirib ki, BŞİH aksiyanın martın 31-də keçmiş “Məhsul” stadionunda keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Milli Şura martın 31-də keçmiş “Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.

Gununsesi.info