XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

23 Sentyabr 2017 - 16:40

Müxalif partiyaya üzv olan azərbaycanlı döyüldü- GÜRCÜSTANDA

police
Gürcüstanın müxalif “Avropalı Gürcüstan” Partiyası Marneuli rayonu üzrə majoritar namizədi Əli Məmmədovun fiziki hücuma məruz qalması barədə məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, Marneuli rayonunun Sadaxlı kəndində hakim “Gürcü Arzusu” Partiyasının majoritar namizədi Rövşən İsgəndərov və rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhəmməd Alibediyev Ə. Məmmədova  fiziki təsir göstəriblər. Ə. Məmmədovun xəstəxanaya yerləşdirildiyi bildirilir.

“Avropalı Gürcüstanı” Partiyası günahkarların mümkün qədər tez müəyyən olunub cəzalandırılmasını tələb edib. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.

Gununsesi.info