Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Londonda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Gununsesi.info xəbər verir ki, M.Babayev bu barədə X sosial şəbəkə hesabında yazıb.
“London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreşlə görüşməkdən məmnunam”, – o bildirib.
Görüşdə COP29 nəticələrinin icrası, COP31-ə hazırlıq müzakirə edilib.
“İqlim öhdəliklərini konkret nəticələrə çevirmək üçün metan emissiyalarının azaldılmasının sürətləndirilməsi, iqlim maliyyəsinin miqyasının artırılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi apardıq”, – M.babayev əlavə edib.










