COP28 platformasında Azərbaycan nümayəndə heyətinin bir sıra panel iclaslarda iştirakı və eyni zamanda, Azərbaycan pavilyonuna qonaqların ziyarətləri davam edir.
Gununsesi.info xəbər verir ki, bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Ekspert Panelinin sədri Cim Skeya ölkəmizin pavilyonunu ziyarət edib.
Uzun müddət Meksikanın xarici İşlər naziri vəzifəsində çalışmış, 2016-2022-ci illərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi olmuş Patrisia Espinoza və Meksikanı COP 28-də təmsil edən nümayəndə heyətinin üzvləri də Azərbaycan pavilyonunu ziyarət edən qonaqlar arasında olub.
Keçirilən ikitərəfli görüş zamanı ölkənin iqlim dəyişmələri sahəsində atdığı addımlar, qlobal səylərə töhfələr, bu sahədə regional və beynəlxalq əməkdaşlığın vacibliyi məsələləri görüşün müzakirə obyekti olub.