Muxtar Babayev Britaniya səfiri ilə COP29-a hazırlıq məsələlərini müzakirə edib

  • By ilhame
  • 11 İyun 2024 21:45

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Gununsesi.info-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info