
Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib: “Bu mətbuat konfransını keçirməkdə məqsədimiz ictimaiyyətə Gədəbəyin Söyüdlü kəndində monitorinqlərin ilkin nəticələrini qiymətləndirməkdir. Bilirsiniz ki, Baş nazirin 21 iyun 2023-cü il tarixli sərəncamı ilə Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün Komissiya yaradılıb. Ayın 22-də kənd sakinləri, zavod nümayəndələri ilə görüşlər keçirilib, texnoloji proseslərə baxmışıq. Narahatlıq doğuran gölün monitorinqini apardıq. Monitorinq işlərinə ayın 22-dən başlanılıb. Komissiyanın tərkibində olan bürün qurumlar müxtəlif istiqamətlər üzrə monitorinqlər həyata keçiriblər”.
O qeyd edib ki, ilkin nəticələr kənd sakinlərinə söylənib: “Sakinlərin narahatlığı var idi ki, havanın tərkibində çirkləndirici maddələr çox olub. Çalışdıq ilk gündən hava keyfiyyətinin yoxlanılması ilə bağlı ictimaiyyətə məlumat çatdıraq. O günlərdə aparılan hava monitorinqində təhlükəli maddələr norma daxilində idi. Bununla bağlı qruplar formalaşdırılıb, bütün sakinlər müayinəyə dəvət olunub. Bəziləri gəliblər, bəziləri isə imtina ediblər. Səhiyyə Nazirliyinin arayışına görə, kənd sakinləri arasında ikinci tip şəkər, bədxassəli xəstəliklər rayon üzrə göstəricilərdən aşağıdır. Sakinlər arasında xəstəliklərin tullantılarla əlaqəsi müəyyən olunmayıb”.
Qeyd edək ki, Komissiya Baş nazirin 21 iyun 2023-cü il tarixli sərəncamı ilə Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün yaradılıb. Komissiyanın tərkibinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri daxildir.
15:54
Bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev nazirlikdə brifinq keçirəcək.
Gununsesi.info xəbər verir ki, saat 16:00-da başlayacaq brifinq Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın işi ilə bağlıdır.
Gununsesi.info