Muxtar Babayev Konqo Prezidentinin nümayəndəsi ilə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib

  • By ilhame
  • 06 Mart 2024 19:03

Konqo Respublikası Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi xanım Fransua Coli ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

 

Gununsesi.info-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

 

Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Gununsesi.info