Muxtar Babayev Rusiya səfiri ilə görüşdü

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, gələcək əməkdaşlıq imkanları müzakirə edilib, eyni zamanda ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

 

 

Gununsesi.info