Myanma hökuməti cinayətlərini gizlədir

  • By admin
  • 13 Sentyabr 2017 21:56

05633620
Myanma hökuməti Arakan bölgəsində müsəlman kəndlərinin son vəziyyəti ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hökumət sözçüsü Zav Htay bölgədə yandırılan 210 kəndi “tərk edilmiş” olaraq təqdim edib.

O bildirib ki, əhali kəndləri tərk edib.

Htay Myanmadan Banqladeşə qaçan 370 min müsəlmanın geri alınmayacağını da sözlərinə əlavə edib.

Qeyd edək ki, 25 avqustdan etibarən Myanma ordusu 3 mindən çox müsəlmanı qətlə yetirib, yüzlərlə kəndi yandırıb.

 

Gununsesi.info