Myanmada 58 min müsəlman Banqladeşə sığınıb

  • By admin
  • 03 Sentyabr 2017 14:03

42_gizli_olum_kampi_var_1504241324_2562
Myanmada zülmə məruz qalan Arakan müsəlmanları canlarını qurtarmaq üçün Banqladeşə sığınırlar.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 25 avqustdan etibarən Myanmada Arakan müsəlmanlarına qarşı törədilən silsilə cinayətlər nəticəsində 3 minə yaxın müsəlman öldürülüb.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, işgəncələr səbəbindən bölgədən qaçaraq Banqladeşə sığınan müsəlmanların sayı 58 minə çatıb.

Hazırda daha 10 min nəfərin isə iki ölkə arasındakı sərhəddə xilas eilməyi gözləyirlər. Banqladeş hökuməti onların keçidinə icazə vermir.

Qeyd edək ki, Myanmanın qərbində yerləşən Arakan bölgəsində 1 milyondan çox müsəlman yaşayır. Əsasən buddistlərin yaşadığı Myanmada müəlmanlara vətəndaşlıq verilmir.

Gununsesi.info