Myanmada şaxtada torpaq sürüşməsi: Onlarla insan öldü

  • By admin
  • 02 İyul 2020 16:12

Myanmanın şimalında qiymətli mineral daş çıxarılan şaxtada baş verən torpaq sürüşməsində 113 işçi ölüb.

Gununsesi.org bildirir ki, bu barədə “Bangkok Post” rəsmi mənbələrə istinadən məlumat yayıb.

Hadisə zamanı şaxtada çoxlu sayda fəhlə olduğu üçün qurbanların sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Gununsesi.org