Nə boykot, nə də hansısa sanksiyalara çağırış alınır

“BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək istəyən qüvvələr var və bu, zəiflikdəndir”.

Gununsesi.info  xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında bildirib.

“Bu kimi beynəlxalq tədbirləri boykot etmək faktiki zəifliyin və böhranın içərisində olmağın bariz sübutudur. Bu, Azərbaycanın yox, BMT-nin tədbiridir. Gördüyünüz kimi, nə boykot, nə də hansısa sanksiyalara çağırış alınır. Dünyadakı problemlər bu gün burada ən yüksək səviyyədə müzakirə olunur”, – deputat bildirib.