Nə dövlət, nə də banklar regionlara pul yatırır

  • By admin
  • 08 Noyabr 2016 16:16

pul

Azərbaycan Mərkəzi Bankının hesabatlarına nəzər yetirdikdə kredit və əmanət qoyuluşlarının böyük hissəsi Bakı və Abşeronun payına düşür.

Gununsesi.info Mərkəzi Banka istinadən bildirir ki, noyabrın 1-nə olan məlumata görə, respublika üzrə kredit qoyuluşlarının həcmi 16.7 milyard manat olub. İlin əvvli ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşu 5 milyard manat və ya 23 faiz azalıb. Bu ilin 10 ayına görə, regionların payına düşən kreditlər isə aşağıdakı kimidir:

Region Kredit məbləği (manatla) Ümumi portfeldəki payı
Bakı şəhəri 14.2 milyard 85 %
Abşeron iqtisadi ray. 518 milyon 3.1 %
Aran iqtisadi ray. 621.2 milyon 3.7 %
Dağlıq Şirvan iqtisadi ray. 95.3 milyon 0.6 %
Gəncə-Qazax iqtisadi ray. 538 milyon 3.3 %
Quba-Xaçmaz iqtisadi ray. 193,2 milyon 1.2 %
Lənkəran iqtisadi ray. 230 milyon 1.4 %
Şəki –Zaqatala iqtisadi 183 milyon 1.1 %
Yuxarı Qarabağ iqtisadi rayonu 42.8 milyon 0.3 %
Kəlbəcər-Laçın iqtisadi rayonu 1.1 milyon 0.1%
Naxçıvan iqtisadi rayonu 107,6 milyon 0.7 %

Beləliklə, ümumi kredit qoyuluşlarının regionlar üzrə bölgüsündə 85 faiz payla əsas liderlik Bakının üzərindədir.  Ekspertlərin firkincə, bölgələrdə kredit qoyuluşlarının paytaxtla müqayisədə kəskin fərq olmasının səbəblərinə gəlincə, burada bir neçə amil önə çəkilir. Bunlar arasında  regionlarla sosial yaşayışın aşağı olması;iş yerlərinin olmaması;kommersiya banklarının regionlardakı filiallarının sayının azlığı və zəif fəaliyyəti;daşınmaz əmlakların girov predmeti kimi qəbul edilməməsi və sair amillər göstərilir.

Bütün bunların başında isə, əlbəttə sahibkarlığın inkişafı durur. İqtisadçılar hesab edir ki, belə disbalansın yaranması, əslində, ölkə iqtisadiyyatının qeyri-bərabər inkişaf etməsinin göstərir. Sahibkarlığın əsas inkişafı Bakı və Abşeron regionundadır. Regionlarda əsasən, kiçik sahibkarlıqdır. Orta və böyük sahibkarlıq, ümumiyyətlə, yoxdur. Ona görədə, kommersiya bankları tərəfindən bölgələrə kreditlərin verilməsi həmişə məhdud olub.

Son iki ildə ölkədə yaranan iqtisadi durğunluq isə, regionların tamamilə diqqətdən kənarda qalması ilə nəticələnib. Nəzərə alsaq ki, gələn il rayonlara ayrılan xərclər də azaldılıb, o zaman regionlarda əhalinin gəlirlərinin kəskin aşağı düşəcəyini demək olar.Bölgələrdə yaranmış kapital çatışmazlığı əhalinin sosial vəziyyətin daha da pisləşməsinə, yoxsulluğun yüksəlməsinə  gətirib çıxaracaq.

Vüsalə Rüstəmova

Gununsesi.info