“Nə mən, nə də mənim generallarım…” - LUKAŞENKO

  • By admin
  • 25 Yanvar 2022 17:13

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o, hər hansı müharibə olmasını istəmir.

Gununsesi.info xəbər verir ki, A.Lukaşenko deyib:

HTML tutorial

“Məni təkcə prezident kimi deyil, həm də silahlı qüvvələrə cavabdehlik daşıyan şəxs kimi başa düşmənizi istəyirəm. Nə mən, nə də generallarımız və hərbi rəislərimiz hansısa müharibə istərdi. Eyni zamanda bu o demək deyil ki, fəaliyyətsiz olmaq lazımdır”.

Yanvarın 21-də Lukaşenko Ukrayna hakimiyyətinin gözlənilməz addımları və rəhbərliyinin qeyri-adekvatlılığı halında sözügedən ölkə ilə sərhədi qorumağa çağırıb.

 

Gununsesi.info