“Nə qədər həyasız və qanmaz olasan ki…” – Çavuşoğludan sərt sözlər

“Yunanıstanın cinayət dosyesi şişdikcə, Türkiyəyə böhtan atması təbiidir”.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

HTML tutorial

“Yunanıstan kimi ən ədalətsiz durumda belə haqlı görünməyə çalışmaq üçün həqiqətən həyasız və qanmaz olmaq lazımdır. “Hər şeyi edəcəyik, Türkiyənin üstünə atacağıq” deyirlər, amma hər şeyi üzə çıxaracağıq. Bir həftə ərzində daha dörd qaçqın ölü olaraq tapılıb. Təəssüf ki, botların qəsdən deşilməsi insanların ölməsi ilə nəticələnir.

Yunanıstanın cinayət dosyesi şişdikcə, Türkiyəyə böhtan atması təbiidir. Daxili İşlər Nazirliyimiz də lazımi açıqlamaları verir. Yalançının şamı yatsıya qədər yanar. Yatsını da gözlədi, yalanları üzə çıxdı”, – nazir bildirib.

Gununsesi.info