
“Nə qədər ki insanlar abidələr yaradır və onları ziyarətə gəlirlər, müharibə olmayacaq”.
Gununsesi.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Rjev şəhəri yaxınlığında sovet əsgərinin abidəsinin açılışında deyib:
“Bu müqəddəs məkanlara gedən yolu unutsaq, onda mütləq vuruşmağa başlayacağıq”.
Belarus liderinin sözlərinə görə, müharibə həmişə qan, dəhşət və ölümdür.
O əlavə edib ki, Rjev sərhəddir, “inanılmaz qiymətə başa gələn qarşıdurma”dır:
“Bu şəhərin arxasında “ölkəmizin paytaxtı və bütün böyük ölkəmiz dayanıb”.
Gununsesi.org