“Nə “Səbail”, nə də “Neftçi”dən təklif almışam” - TƏRLAN ƏHMƏDOV

  • By admin
  • 29 Aprel 2017 22:11

terlan_ahmadov

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXVIII turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Gununsesi.info futbolinfo-ya istinadən xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

– AZAL üçün sonuncu yer xoş deyil. Amma bizdən asılı olmayan səbəblər var. Böyük uğurlar istəyirsənsə, maliyyə şərtləri yaxşı olmalıdı. Vəziyyətimizin pis olduğunu bilirdim. Son maçtlarda qələbə qazanmaq istəyirdik, amma şansları əldən verdik. Son mətbuat konfransında gəncləri yoxlamaq istədiyimi bildirmişdim. Fikrimcə, aralarında yaxşı oyunçular var. Hər məğlubiyyət baş məşqçi ilə bağlıdı. Gələcəyə ümidlə baxıram. 99.9 faiz bu komandadan gedəcəm. Komandanın taleyinə bu həftə aydınlıq gələcək. 2 ildi “yaxşı olacaq” sözü deyilirdi. Həyat davam edir. Son 2 il futbol karyeramda böyük dərs oldu. Nəyi düz, nəyi səhv etdiyimi anladım.

– Balansa hansı ağır gəldi?

– Səhvlərim ağır gəldi. İnamım məni çox şeydən məhrum etdi.

– Hansı halda AZAL-da qalacaqsınız?

– AZAL elitada qalsa belə, maliyyə vəziyyəti düzəlməsə, gedəcəm. 2-3 klubdan təklifim var, yaxın günlərdə biləcəksiz.

– “Səbail”dən, yoxsa “Neftçi”dən təklif almısız?

– Nə “Səbail”, nə də “Neftçi”dən təklif almışam.

– Ən çox bəyəndiyiniz gənc futbolçu kim oldu?

– Ən çox bəyəndiyim Fuad Bayramov oldu.

Gununsesi.info