Son vaxtlar Azərbaycanda qızılca virusundan ölüm hallarının artması ciddi narahatlıq doğurur.
Bu vəziyyət xəstəliyin yayılması ilə bağlı müxtəlif suallar ortaya çıxarır.
Rəqəmlər onu göstərir ki, son günlərdə ölkədə qızılca xəstəliyindən 10-a qədər azyaşlı dünyasını dəyişib. Əfsuslar olsun ki, ölüm halalrı arasında böyüklərə rast gəlinir.
Respublika Uşaq Klinik Xəstəxanasının allerqoloqu Röyalə Babayeva atv-yə bildirib ki, ölüm hallarının böyük bir səbəbi insanların peyvəndlənməməsidir:
“Bir çox insan uşaqlıqda bu xəstəliyi keçirməyib. Daha sonra uşaqlar vasitəsilə bu xəstəliyə yoluxurlar. Bu halda xəstələr ağırlaşmalarla müraciət edirlər”.
Gununsesi.info