
Qəlbimiz döyünür, dərdlə təlaşla,
Ömürmü yaşayaq qəzəbli başla ?
İstər sülhlə olsun , isdər savaşla
Ta dözə bilmirik belə dağa biz
– Nəvaxt qaydırıq Qarabağa biz ?
Dilqəmin ürəyi şan-şan olubdu ,
Şahbazın gözləri al qan olubdu.
Bağımda dığalar bağban olubdu ,
Həsrətik nə vaxtdı cənnət bağa biz
– Nəvaxt qaydırıq Qarabağa biz ?
Bir an titirəməsin dizimiz gərək,
Keçərli olmalı sözümüz gərək .
Alaq o yerləri özümüz gərək,
Çoxda inanmayq sağa ,sola biz
– Nəvaxt qaydırıq Qarabağa biz ?
Çəkməyək silahı , getməyək niyə ?
Ahımız ,naləmiz ucalır göyə.
On ildə dayansaq sülh deyə-deyə,
Bükülsək yaxşdı sağ-sağ ağa biz
– Nəvaxt qaydırıq Qarabağa biz ?
Qəlbimiz döyünür, dərtlə təlaşla,
Ömürmü yaşayaq qəzəbli başla ?
İstər sülhlə olsun , isdər savaşla
Ta dözə bilmirik belə dağa biz
– Nəvaxt qaydırıq Qarabağa biz ?
Nə vaxt qaydırıq
Şuşaya Laçına
Kəlbəcərə Qubadlıya
Zəngilana Xocalıya
Cəbrayıla Ağdama
Nəvaxt qaydırıq Qarabağa biz ?
Nəvaxt qaydırıq Qarabağa biz?
Səxavət Kəlbəcərli
05. 09 .2016.