Prezidentliyə namizəd Zahid Orucun İctimai TV-də dördüncü debatdakı çıxışını təqdim edirik.
“Biz 3 imperiya varisi ilə əhatə olunmuşuq. Osmanlının yadigarı qardaş Türkiyə, Pers-Əhəməni imperiyasının davamçısı İran və Rusiya imperiyasının varisi Rusiya dövləti. Tarixən Osmanlı-Səfəvi, Rusiya-Osmanlı, Rusiya-İran arasında ixtilafların hamısında biz ərazi, kütləvi insan və ya böyük iqtisadi itkilərə məruz qalmışıq. Buradan çıxan tarixi nəticə- bizim xarici siyasətimiz imperiya varisləri olan qonşular arasında əməkdaşlığı, ticarəti və mədəni-siyasi mübadilələri, dostluğu təşfiq etdikcə, biz sülhü qazanacağıq. Ona görə də bu üç dövlət arasında “səngər deyil-körpü ol” siyasəti platformamızın əsas müddəalarından biridir.
Xarici siyasət daxildən, evin içindən başlanır. Xaos və böhran şəraitində, bütün bölgə dövlətləri ilə qarşıdurmada olan və beynəlxalq birlik tərəfindən təcrid olunan Azərbaycanın milli maraqlarına cavab verən xarici siyasətinin əsası 1993-cü ildə Ulu öndər tərəfindən qoyulub və o siyasət bizi əsrin neft müqaviləsindən əsrin qələbəsinə gətirdi. Əgər biz dünyada özümüzə yüzlərlə tərəfdaş qazana bilməsəydik, müstəqil siyasət yürütməsəydik, Qarabağdakı qələbəmizin qanuniliyi tanınmayacaqdı və bizə qarşı bir çox dövlətlər birləşəcəkdi, müharibə beynəlmilləşəcəkdi. Hansı qüvvə ölkəyə rəhbərlik edir-etsin, Heydər Əliyev kursu davam etməlidir, təməllər qorunmalıdır. 90-cı illərdə Süleyman Dəmirəl azərbaycanlı rəhbərlərə əl uzatmaq istəmirdi, çünki risq görürdü, indi Türkiyə ilə Şuşada hərbi müttəfiqlik aktını imzalamışıq və Türk Dövlətləri Təşkilatını yaradanlardan biriyik. Biz türk dünyasının bir parçasıyıq. Ona görə də türk dövlətləri arasında hərbi ittifaqın və onların hamısı ilə Şuşa bəyannaməsinin imzalanmasını təklif edirik. Bu bizi müxtəlif beynəlxalq risqlərdən qorumağa kömək edəcək və regional təhlükəsizliyi gücləndirəcək.
Bizim ölkəmiz Ukrayna və Gürcüstandan fərqli olaraq, heç bir hərbi ittifaqa qoşulmadı və bölgə dövlətlərinin təzyiqindən qoruna bildi. Bloklara qoşulmamaq siyasətini davam etdirməliyik. Mənim ölkəm Qərblə-Rusiya arasında savaş meydanı deyil! Biz bölgədə kənar dövlətləri toqquşdurmaq üçün Gürcüstan və Ermənistan kimi addımlar atmırıq. Ona görə də bizə qarşı təhlükələr artır, çünki Qarabağ tektonik silah kimi SSRİ-nin dağılmasında rol oynamışdı, indi o silah əldən çıxır. Regiona təsir çətinləşir.
Ölkəmiz iqtisadi ticarət maraqlarını və neft-qaz resurslarının, müasir texnologiyarından və elmi-texniki tərəqqinin əsas ünvanlarından biri olan Avropa Birliyi ilə, onun 12 ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Bakı-Tiflis-Ceyhan xətti, Cənub Qaz dəhlizi təkcə iqtisadi deyil, həm də boru kəmərləri şəklində ölkələr bir birinə bağlayan mühüm siyasi platformadır. Son illər Qərbin enerji təhlükəsilziyində ölkəmizə ehtiyacı daha da artıb.
Lakin Vətən müharibəsində qələbədən sonra bölgədə 30 il formalaşan qüvvələr nisbətini və regionda 100 illərlə formalaşan düzəni dəyişdirdik. Hətta bir qədər keçmişə getsək, Pyotrdan qalan mirasın da dəyişdiyini syöləyə bilərik. İndi sülh müqaviləsinin imzalanması bizim üçün birinci yerdə dayansa da, onun reallaşması mümkün olmaya bilər. Çünki 44 günlük müharibədə məğlub olan Qərb dövlətləri Paşinyana o sənədi imzalamağa imkan verməyəcəklər. Ona görə də biz yeni təhlükəsizlik arxitekturasını yaratmalıyıq. Qələbədən sonra ölkəmizin geosiyasi əhəmiyyəti artıb. Bizim ikinci şüarımız, “coğrafi cəhətdən böyümüşük-indi geosiyasi cəhətdən böyüməliyik” adlanır.
Beynəlxalq təhlükəsizlik böhranı şəraitində biz dünyanın yenidən bölgüsündə iştirak etməliyik. Açıq deməliyik, ATƏT Minsk qrupu Qarabağ üçün deyil, regionu öz aralarında bölən üç dövlət demək idi. Azərbaycan ikinci Qarabağ müharibəsi ilə geosiyasi inqilab etdi və o monopoliyanı dağıtdı.
İndi bizim xarici siyasətimiz “hansı dövlət Qarabağı bizim ərazimiz kimi tanıyır”, üzərində deyil. Çünki artıq bu sual tarixə çevrilib və yeni era başlanıb. Bizim xarici siyasətimiizn əsas hədəfləri təhlükəsizlik və bazarlara, dəhlizlərə çıxış olmalıdır. Biz dünyada dəhlizlərə çıxışı olmayan 37 ölkədən biriyik. Halbuki ötən on illərdə qitələrarası bütün nəqliyyat-logistik qovşaqlara qoşulmaq üçün köklü işlər həyata kçeirilib. Ona görə də biz xarici siyasətimizin iki əsas hədəfini irəli sürürük-Qərb mərkəzli dünya dəyişir və çoxqütblü olur. Ölkəmiz özü “Yüksələn Regional güc” kimi fərqli layihələr irəli sürməlidir. Yalnız Avrasiya Birliyi ilə olmayacaq. Türk-Slavyan İittifaqı da İranı kənarda qoyur. Biz əlbəttə, bu birliklərlə gömrük və digər güzəştlərə dair sənədlər imzalaya bilərik. O cümlədən, Avropa Birliyiə ilə. Biz 3+3 üzərinə Macarıstanın da iştirakı yeni “Böyük 7-lər” konseptini irəli sürürük. Bu modeli daha geniş izah etməyə hazırıq. Bəli, Gürcüstan çalışır ki, Abxaziya və Osetiyanı döyüşsüz ona qaytarsınlar. Bu məqsədlə o, Rusiyaya təsir üçün Azərbaycan və türkiyədən gözləntiləri var. Ona görə də görüşlərə qatılmır. Lakin diplomatiya hər şeyi həll etməyə qadirdir. Bizim şüarımız- “Qafqazı Zəngəzur dəhlizinə çevirək”-hamı qazansındır. Hamı üçün cəlbedici yollar, qovşaqlar və layihələr məhz buradan keçir. Rusiya-Ukrayna müharibəsi hələ davam edəcək, bizim regionun əhəmiyyəti getdikcə artacaq.Baxın, Əfqanıstandan İraka qədər, bizim məhsulların satıla biləcəyi bazardır. Lakin həmin ölkələrə ixracımız kiçikdir. Bütün səfirliklərimizin-diplomatlarımızın qarşısında dayanan ən mühüm vəzifə Qarabağ idi-indi Qələbədən sonra ölkəmizə yeni iqtisadi-ticari tərəfdaşlar gətirsinlər..
Şübhəsiz ki, Qələbəmiz bizə təkcə dostlar deyil, həm də düşmənlər qazandırıb. Bölgəyə kənar güclərin müdaxilə və təzyiqinin əleyhinəyik. Çünki regiona sülhü-bölgə dövlətləri gətirə bilər. Avropa Birliyinin müşahidə missiyası adı altında Göyçə dağlarına, Zəngəzur yoluna yerləşdirilən sayı 209 nəfərə çatan heyət, qarşıda onun sayını 1500 nəfərə çatdırma planı kəşfiyyat qruplarının yerləşdirilməsi məqsədinə xidmət edir, məqsəd Rusiya hərbi qüvvələrini Gümrüdən çıxarmaq, ardınca erməniləri Qarabağa qaytarmaq adı ilə NATO-nun süngüsü altında ərazilərimzə daxil olmaqdır. Biz buna heç zaman imkan verməməliyik. Nəhayət, biz biz Ermənistana səslənirik-alət olmayın, qonşu olun! Əslərlərlə imperiyların məqsədinə vasitə olmaq sizə faciələr gətirir. Gəlin dinc yaşayaq. Yetər artıq!
Ermənistanı 2-ci Ukraynaya çevirmək planları olsa da, nə ərazisi, nə də əhali sayı ona imkan vermir. Ona görə də biz Türkiyə ilə birlikdə Ermənistana təhlükəsilzik zəmanəti verə bilərik ki, əgər o xaricdən silanlanmanı dayandırsa, kimsə onun ərazisi ilə işi olmayaacq. Biz sülh müqaviləsindən qabaq sərhədləri açmaqla bütün kənar oyunçuların planlarını pozmuş olacağıq. Amerika və Fransa bizə qarşı sanksiyaya çalışır. Qərbdə bir neçə dövlət Qələbəmizi bizə bağışlamaq istəmir. Tarixin ironiyasına baxın ki, Paşinyan “Qarabağ Azərbaycandır” deyir, Bayden, Makron yox! Amerika, Fransa “böyük Ermənistan” olub. Elə bilin alman faşizmi 2-cü dünya müharibəsində məğlub olub, hərbi general gəlib təslimçilik aktını imzalayıb, lakin kimsə çıxıb deyir ki, yox, sən uduzmamısan, möhkəm dayan.
Hörmətli Ərdoğanın parlaq bir fikri var, o deyir:”biz öz milli gündəliymizi özümüz müəyyənləşdirməliyik,onu kənardan bizə sırımasınlar. Qələbədən sonrakı gələcəyimiz üçün milli gündəliyimizi birlikdə formalaşdırmalyıq. Ona görə də xalqımıza səslənirik, tarixə baxın, nə zaman ki, dövlətimiz zəif olub, o zaman bizə xarici müdaxilələr artıb. Ona görə də güclü olmalıyıq!
Bölgəyə sülh xaricdən-uzaq paytaxtlardan gəlməyəcək. Tam əksinə, bizim ədalət müharibəmiz dünya üçün nümunədir!
Müharibədə qalib gələn Azərbaycan sülhü də qazanacaq! Regiona əbədi əmin amanlıq gələcək!
7 fevral millətimizin paradıdır. Gəlin, Qələbəmizi birlikdə qoruyaq!