“Ağmərkəz” Satış Mərkəzinin idman malları bölümündə alış-veriş edən Türkiyənin məşhur aktrisası Nəbahat Çehrə jurnalistlərin suallarını cavablandırıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, N. Çehrə idman geyimi almasının səbəbini izah edərkən deyib ki, artıq havalar isinir, fürsətdən istifadə edərək hər gün qaçmağa hazırlaşır.
Belə ki, aktrisa jurnalistlərin suallarını cavablandırarkən qeyd edib ki, hazırda ona uyğun bir layihə təklifi olunmadığından vaxtını çoxunu idmana həsr edəcək.
Reytinq qurbanı olan layihələrdə iştirak etmək istəmədiyini deyən N. Çehrə ona təklif olunan layihələrinkeyfiyyətli olmasının önəm daşıdığını vurğulayıb.
Qeyd edək ki, N. Çehrə həm geyimi, həm də fiziki görnüşü ilə yaşıdlarına meydan oxuyur.
Xatırladaq ki, hazırda “Yeşilçam” ulduzu Nəbahat Çehrənin 73 yaşı var.
Anar
Gununsesi.info