Nəcməddin Sadıkov ölkədən necə çıxa bilib? – AÇIQLAMA

Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etdiyi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanovgeneral-polkovnik Nəcməddin Sadıkovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib.

HTML tutorial

“General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şəxsin hərbi sirləri özündə daşıdığını təsdiqləyən polkovnik bu statusda olan insanların ölkədən çıxışının nəzarətdən kənar olmadığını qeyd edib:

“Nəcməddin Sadıkov bu gün Dubaydadırsa, demək, ona ölkədən çıxmaq üçün icazə verilib. Buna görə də mən burada qeyri-adi nəsə bir şey görmürəm”.

Gununsesi.info