Nəcməddin Sadıkovun yaxın adamı həbs olundu

  • By admin
  • 28 May 2022 21:06

Ötən gün Nəcməddin Sadıkovun yaxın adamı, onun sağ əli hesab olunan Zahid Niftəliyev (“şlyapa” ləqəbli) həbs olunub.

Gununsesi.info xəbər verir ki,  sosial şəbəkələrdə yayılan məlumata görə, o, məhkəmə zalında həbs olunub.

HTML tutorial

Verilən məlumatda Z.Niftəliyevin mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.

Qeyd edək ki, N.Sadıkova yaxınlığı ilə tanınan “şlyapa” ləqəbli Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıkov sayəsində evlə təmin olunublar. Z.Niftəliyev mülki şəxs olmasına baxmayaraq, o, N.Sadıkovun sağ əli olub.

Gununsesi.info