Nəfəs almaqda çətinlik çəkən Papanın köməkçisi çıxışını tamamlayır

  • By Admin2
  • 10 Fevral 2025 11:35

Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Fransisk Vatikanda keçirdiyi ayin zamanı nəfəs almaqda çətinlik çəkdiyini bildirib və köməkçisindən çıxışını tamamlamasını istəyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Katolik dünyasının hər 25 ildən bir qeyd etdiyi ənənəvi “Yubiley” ili çərçivəsində Vatikanda müxtəlif peşəkar qrupları müntəzəm olaraq qəbul edən Papa Fransisk bu gün əksəriyyəti İtaliya təhlükəsizlik qüvvələrinin olduğu müxtəlif ölkələrdən gələn 30 minə yaxın hərbi nümayəndə heyəti üçün xüsusi mərasim təşkil edib.

Bronxit olduğu üçün həftənin əvvəlindən bəzi görüşlərini təxirə salan Papa soyuq havada Vatikanın Müqəddəs Pyotr meydanında təhlükəsizlik qüvvələri üçün iki saata yaxın davam edən xüsusi ayin təşkil edib.

Bronxit səbəbiylə həftənin əvvəlindən bəzi qəbullarını təxirə salmaq və ya məhdud imkanlarla keçirmək məcburiyyətində qalan 88 yaşlı Papa Fransiskin bugünkü məclisdə yorğun olduğu və çətinlik çəkdiyi müşahidə edilib.

Katoliklərin ruhani lideri köməkçisindən “Bağışlayın, nəfəs almaqda çətinlik çəkirəm” deyərək, məclis zamanı onun çıxışını oxumasını istəyib.

Orxan Saffari

Gununsesi.info