“Məmurlar və dövlət qurumlarında çalışan digər şəxslərin, o cümlədən parlament üzvlərinin üzərində insanların total nəzarəti var. Nəzarət həyata keçirən bütün qurum və strukturlar vaxtında addım atmalıdırlar”.
Gununsesi.info xəbər verir ki, bu sözləri məmur həbslərinə münasibət bildirərkən milli məclisin üzvü Zahid Oruc söyləyib.
Digər parlamentarilər isə hesab edir ki, məmur rüşvətxorluğu ilə mübarizə aparmaq üçün məhkəmə sistemi gücləndirilməlidir.