Belçikada yaşayan Mattias Willemyens adlı bir fermerin becərdiyi məhsul onun adını ölkə tarixinə yazıb.
Gununsesi.info “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Belçikada becərilən balqabağın dəqiq çəkisi1190.5 kilo ağırlığındadır. Bu dünya rekordu qıracaq qədər ağırdır. Beləliklə də nəhəng balqabaq “Ginnesin Rekordlar Kitabı”na düşmüş oldu.
Qeyd edək ki, bu günə qədər dünyanın ən ağır balqabağı İsveçrəli fermer tərəfindən yetişdirilib. Həmin məhsulun çəkisi nə az, nə çox 952 kq idi.
ANAR
Gununsesi.info