Nəhəng şirkət satın alındı - 30 MİLYARD DOLLARA

  • By admin
  • 05 Sentyabr 2017 15:06

01

Dünyanın ən böyük təyyarə mühərrikləri və onların komponentlərini istehsal edən ABŞ-ın “United Technologies” şirkəti 30 milyard ABŞ dolları qarşılığında “Rockwell Collins” şirkətini satın alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda “United Technologies” şirkəti məlumat yayıb.

Belə ki, “Rockwell Collins” şirkəti təyyarələr üçün elektron və informasiya sistemlərinini istehsalını həyata keçirir.

Qeyd edək ki, Airbus və Boeing təyyarə istehsalçıları isə bu satışdan məmnun deyillər. Çünki “Rockwell Collins”şirkəti yalnız təyyarələr üçün elektron və informasiya sistemləri deyil, eləcə də təyyarələr üçün sərnişin oturacaqları, tualet, kabin və mətbəx mebelləri də istehsal edir.

Anar
Gununsesi.info