
Nənə və nəvə dəm qazından zəhərlənib.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün Şəki rayonunun Oxud kəndində baş verib. Belə ki, həmin kəndin sakinləri 1955-ci il təvəllüdlü Məmmədova Validə Nəsif qızı və onun nəvəsi 2012-ci il təvəllüdlü Məmmədli Aydan Arif qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənərək Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hazırda nənə və nəvənin müalicəsi xəstəxanada davam etdirilir.
Gununsesi.info