Bu ilin avqust ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,9 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 2,2 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,7 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ay ərzində poçt və kuryer xidmətlərinin qiymətləri də 0,1 faiz bahalaşıb, rabitə xidmətlərinin qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.
Gununsesi.info