Nərə balığı kürüsünü gömrük orqanına təqdim etmədən keçirmək istədi

  • By admin
  • 14 Oktyabr 2016 14:40

kuru
Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı mütləq qaydada bəyan etməli olduğu nərə balığı kürüsünü əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Gununsesi.info Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin şəxs baqajını gömrük nəzarətindən keçirmək üçün təqdim edərkən baqajın içərisində gündəlik ərzaq məhsullarının olduğunu bildirib. Lakin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən baqajın yoxlanması zamanı onun içərisindəki ərzaq məhsullarının arasından 12 ədəd plastik qabda qara rəngli kürü aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan məhsul insan qidası üçün istifadəyə yararlı nərə balığı kürüsüdür və ümumi netto çəkisi 5 kiloqram750 qramdır.
Faktla bağlı araşdırma aparılır.

HTML tutorial

Anar

Gununsesi.info