
“Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamova haqda seçilmiş qətimkan tədbiri yenidən uzadılıb.
Gununsesi.info -nun məlumatına görə, Xətai Rayon Məhkəməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatını əsaslı hesab edib.
Qərara əsasən, N. Absalamovanın həbsdə saxlanılma müddəti daha 22 gün uzadılıb.
Qeyd edək ki, N. Absalamova Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham edilir. “Abzas Media” işi üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova da həbs ediliblər.
Gununsesi.info