
Mayın 6-da Tovuzda baş vermiş qəzada ölən polis zabitinin fotosu yayılıb.
Gununsesi.info azxeber.com-a istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlu idarə etdiyi “Porsche” ilə toy məclisinə gedibmiş. O, əslən Tovuzdan olub.
Maşını Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpan polis hadisə yerindəcə vəfat edib.
Xatırladaq ki, qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.
https://www.youtube.com/watch?v=vrVpoUm2V5s
Gununsesi.info