Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

  • By Admin2
  • 11 Fevral 2026 14:07

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-ın MLS liqasında çıxış edən “Kolumbus Kru”ya transferi rəsmiləşib. Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, Nəriman ilk mövsümdə 1 milyon dollar maaş alacaq. Növbəti mövsümlərdə isə bu rəqəm bir qədər də artacaq.

Müqayisə üçün deyək ki, bu, onun “Qarabağ”da aldığı əməkhaqqıdan kifayət qədər çoxdur. Nərimanın burada aylıq 12 min manat maaş alırdı.

Məşhur “Transfermarkt” saytı ABŞ klubunun Axundzadəyə görə “Qarabağ”a 2,5 milyon avro ödədiyini açıqlayıb. Digər məlumata görə isə “Kolumbus Kryu” “Qarabağ”a 1,25 milyon avro – 2.5 milyon manat ödəyib.

Qeyd edək ki, Nəriman Axundzadə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq (Sportinfo).

Gununsesi.info