Nərimanov rayonunda 51 yaşlı kişi qətlə yetirilib

  • By ilhame
  • 04 Avqust 2024 09:16

Avqustun 4-də saat 01 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Qasımov Ülvi Qeys oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info-ya DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Muxtarov Hikmət Oktay oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

 

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

 

Araşdırma aparılır.

Gununsesi.info