Nərimanov rayonunda Novruz bayramı qeyd edilib - FOTOLAR /VİDEO

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Gununsesi.info xəbər verir ki, çoxsaylı rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyevin dahi sərkərdəliyi və rəşadətli ordumuzun şücaəti nəticəsində Novruz bayramının artıq bir neçə ildir ki, Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd olunduğu, bayram tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.

HTML tutorial

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.






Gununsesi.info