Nərimanovda “BMW” qəzası

  • By admin
  • 14 Yanvar 2020

Nərimanov rayonunun F.X.Xoyski küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org xəbər verir ki, qəza yanvarın 13-də saat 6 radələrində qeydə alınıb.

Füzuli rayon sakini N.İsmayılov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əlimusa Əmirovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.org