Nərimanovda iki avtomobil toqquşdu: XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 25 İyul 2021 09:49

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info-nun  məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin 1984-cü il təvəllüdlü Ağalarov Elnur Mirzamin oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info