Nəsibə Zeynalovanın filmləri kinoteatrda nümayiş olunacaq

  • By admin
  • 23 Noyabr 2016 14:00

nasiba

Nizami Kino Mərkəzində Xalq artisti Nəsibə Zeynalovanın filmlərinin nümayişi olacaq.

Gununsesi.info xəbər verir ki,  filmlərin nümayişi gülüş ustasının  100 illik yubileyi ilə əlaqədardır.

Həftə ərzində, noyabrın 23-də “Bəyin oğurlanması” milli komediyası, 24-də əfsanəvi  “Bizim Cəbiş müəllim” , 25-də “Qanun naminə” bədii filmləri, 26-da isə “Qaynana ” komediyası şəhər sakinlərinə və şəhərin qonaqlarına təqdim  olunacaq.

Qeyd edək ki, seanslara giriş pulsuz olacaq.

Gununsesi.info