Nəsimi Məmmədli: “Son 2 ayda Rusiyadan Qarabağa 50 minə yaxın köç olub”

  • By admin
  • 30 Oktyabr 2022 22:39

200 ildə olduğu kimi 44 günlük müharibədə də Rusiya bütün resursları ilə Ermənistanın yanında idi. İran ərazisindən və hava yolu ilə hər gün Qarabağa silah-sursat daşıdı. Ermənilərin məğlub olduğunu görüb Gümrüdəki hərbi bazasından Bərdəyə, Gəncəyə, Bakıya ballistik raketlər atdı. Ən sonda öz ordusunu hərəkətə gətirməklə Azərbaycanın hərəkətini 8 noyabrda dayandırdı.
Ordusunu həyasızcasına Xankəndiyə soxdu. Həmin vaxt bizim Rusiyaya hərbi müqavimət göstərmək imkanımız tükənmişdi. “Yaxşı-pis” arasında deyil, “pis-ən pis” arasındakı seçimdən “pisi” seçdik.
Son 2 ayda Rusiyadan Qarabağa 50 minə yaxın köç olub. İçlərində milyonçular da var.
Eyni zamanda Paşinyan hökuməti də sözdə sülhpərvər davransa da əməldə revanşa hazırlaşır. Sürətlə müasir silahlar alır. İran, Hindistan, Fransa Ermənistana açıq siyasi və hərbi dəstək verir.
Rusiya isə nəyin bahasına olursa-olsun Qarabağda qalmaq niyyətindədir. Bunu Azərbaycanın rəsmi razılığı ilə etməyə çalışır.
Azərbaycan Rusiyaya bu imkanı verməməlidir. Məncə verməyəcək. Soçi görüşündə ölkənin mövqeyi bir daha təkrarlanmalıdır. Sülhə və müharibəyə hazır olduğumuzu göstərməli, ölkəmizin maraqlarına zidd olan heç bir sənədə imza atılmamalıdır.
Xankəndidə keçirilən mitinqə məhəl qoymadan, öncəki siyasət davam etməlidir. “Status gorbagor oldu” bəyanatı qüvvədən düşməməlidir. Rusiya Ukraynada dərin bataqlığa salınıb. Hələ orda çox çabalayacaq. Biz də səbrlə tam taqətdən düşməsini gözləməli və həlledici anda zəruri addımları atmalıyıq. Putin qarşıdakı illərdə öz gücünü daha da itirəcək. Türkiyə və Azərbaycanla ziddiyyət onun marağında və imkanında deyil. Xankəndi provokasiyasından təşvişə düşməyə gərək yoxdur.

Xankəndi mütləq rəsmi Bakının iradəsinə tabe olacaq!

HTML tutorial

Ya sülhlə, ya da qanla…

 

Nəsimi Məmmədli

Gununsesi.info