Nəsimi Paşayev: “Bakı Metropoliteni” “pul xırdalama” yeri deyil (ÖZƏL)

  • By admin
  • 22 Dekabr 2016 12:44

kassa
2015-ci il oktyabrın 1-dən etibarən “Bakı Metropoliten”i “Bakıkart” sisteminə keçib və bu səbəbdən də “Bakı Metropoliteni”ndə xəzinədar ştatı ləğv olunub. O gündən etibarən sərnişinlər “qalıq pulu” ilə bağlı çox ciddi problemlərlə üzləşirlər. Yəni, o vaxtdan bu günəcən vətəndaşların pul xırdalamaqla bağlı problemi öz həllini tapmayıb. Vətəndaşların təlabatını nəzərə alaraq, metroda təkrarən kassa xidməti və xəzinədar ştatı bərpa oluna bilərmi?

Gununsesi.info-nun məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin münasibətini öyrənib.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, “Bakı Metropoliten”ində xəzinədar ştatının (kassa) bərpası barədə söhbət belə gedə bilməz: “ “Bakı Metropoliteni” “pul xırdalama” yeri deyil axı… Biz sərnişin daşıma ilə məşğuluq. Metro stansiyalarının hamısında “BakıKart” terminalları quraşdırılıb. Hazırda sərnişinlərin hər biri “BakıKart” terminallarına yaxınlaşaraq kartlarına pul yükləyib, metrodan istifadə edirlər”-deyə, o, bildirib.
Qeyd edək ki, “Bakı Metropoliten”ində çalışan 200-dək xəzinədara stajlarına uyğun olaraq, işlər təklif olunub. Qarşılıqlı razılaşma əsasında bu işçilər onlara təklif olunan işlərə uyğun olaraq yerləşdiriliblər.
Anar
Gununsesi.info