Nəsimi rayonunda 44 yaşlı kişini bıçaqlayıblar

  • By admin
  • 25 Aprel 2017 08:06

intihar bicaq

Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Əhmədov Rüstəm 4-cü mikrorayon, M.Cəlal Paşayev küçəsində naməlum şəraitdə bıçaq xəsarətləri alıb.

Çoxlu qan itirən yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb və orada əməliyyat olunub. Həkimlərin dediyinə görə, R.Əhmədovun vəziyyəti ağırdır.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsi tərəfindən hadisə yerində araşdırma aparılır.

Gununsesi.info