Nəsimi rayonunda intihara cəhdin qarşısı alındı

  • By admin
  • 02 Sentyabr 2021 09:01

Bakıda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nəsimi rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Gununsesi.info