Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Rəşid Behbudov küçəsi ev 95 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü Ramidə Bağırova özünü yaşadığı evdə asaraq öldürüb. R.Bağırovanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Gülnaz Qənbərli
Gununsesi.info