Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin son paylaşımı müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, aktrisa türkiyəli həmkarı Uraz Kayqılaroğlu ilə səmimi görüntülərini instaqram hesabında izləyiciləri ilə bölüşüb. Urazın doğum günü ilə əlaqədar təşkil olunan məclisdə Nəsrin rəqs edən zaman qonaqlardan biri onun sinəsinə pul qoyub. Aktrisa isə Urazı öpərək kameraya poz verib.
İzləyicilər onlar arasında dostluqdan çox sevginin olduğunu iddia ediblər və Nəsrini hərəkətlərinə görə, tənqid atəşinə tutublar. İradların ardından aktrisa “Qısqananlar çatlasın” deyə, tənqidlərə cavab verib.
Qeyd edək ki, Nəsrinlə Uraz “Üç kuruş” serialında tərəf müqabili olublar.