Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov onu təhqir edən izləyicilərinə sərt cavab verib.
Gununsesi.info xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək, izləyicilərinə səslənib:
“Hörmətli izləyicilər, əgər kimsə mənim “Instagram” səhifəmdəki hekayələrimi bəyənmirsə, abunəlikdən çıxa bilər. Amma Vətənə, doğulduğum torpağa olan sevgimə görə üstümə palçıq atırsınızsa, o zaman pis mesajlar yazanların hamısı bir araya gəlsin, burnunu çəksin, mən sizin… Sadəcə, bunu birbaşa mesajlarda yazmaqdan yoruldum, ona görə də buraya yazıram. Açıqcasına, yaxşı yumorla və tərəddüd etmədən… Bir-birinizi sevin. Yeni iliniz mübarək”.
Gununsesi.info