

Qəlbimiz döyünür, dərtlə təlaşla,
Ömürmü yaşayaq qəzəbli başla ?
İstər sülhlə olsun , isdər savaşla
Ta dözə bilmirik belə dağa biz–
Nəvaxt qaydırıq Qarabağa biz ?
Dilqəmin ürəyi şan-şan olubdu,
Şahbazın gözləri al qan olubdu.
Bağımda dığalar bağban olubdu,
Həsrətik nə vaxtdı cənnət bağa biz-
Nəvaxt qaydırıq Qarabağa biz ?
Bir an titirəməsin dizimiz gərək,
Keçərli olmalı sözümüz gərək.
Alaq o yerləri özümüz gərək,
Çoxda inanmayq sağa ,sola biz-
Nəvaxt qaydırıq Qarabağa biz ?
Çəkməyək silahı, getməyək niyə ?
Ahımız ,naləmiz ucalır göyə.
On ildə dayansaq sülh deyə-deyə,
Bükülsək yaxşdı sağ-sağ ağa biz-
Nəvaxt qaydırıq Qarabağa biz ?
Qəlbimiz döyünür, dərtlə təlaşla,
Ömürmü yaşayaq qəzəbli başla?
İstər sülhlə olsun, isdər savaşla
Ta dözə bilmirik belə dağa biz-
Nəvaxt qaydırıq Qarabağa biz?
Nə vaxt qaydırıq
Şuşaya
Laçına
Kəlbəcərə
Qubadlıya
Zəngilana
Xocalıya
Cəbrayıla
Ağdama
Nəvaxt qaydırıq Qarabağa biz ?
Səxavət Kəlbəcərli
Gununsesi.info